BMT Təhlükəsizlik Şurası KXR-ə qarşı yeni sanksiyalar barədə qətnamə qəbul edib

 

BMT Təhlükəsizlik şurası Kore Xalq Demokratik Respublikasına (KXDR) qarşı onun idxal və ixrac əməliyyatlarını kəskin şəkildə azaldacaq yeni sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni qəbul edib. Müvafiq sənəd Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Sənədə əsasən, KXDR-ə neft məhsullarının tədarükünə məhdudiyyətlər qoyulacaq. Eyni zamanda, bu ölkəyə xam neftin göndərilməsi üçün limit də müəyyən edilib. Həmin göstərici son 12 aylıq normanı üstələyə bilməz. KXDR kondensatları və qaz kondensatlarını ala və toxuculuq məhsullarını sata bilməz. Qətnamədə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası altıtərəfli danışıqları dəstəkləməyə hazırdı və bu danışıqların bərpasına çağırır. Təhlükəsizlik Şurası, həmçinin dövlətlərin problemi sülh danışıqları yolu ilə hərtərəfli həll etmək təklifini də alqışlayır.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

13:36