Bilefelddə milli diasporumuzun erməni terrorizminə qarşı etiraz aksiyası

 

2017-ci il iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı "Bielefeld NRW" Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən iyulun 16-da Bilefeld şəhərinin mərkəzi küçəsi "Jahnplatz"da mitinq keçirilib.

Aksiyada Ermənistan ordusunun Azərbaycanın torpaqlarını işğal etməsi və burada ermənilərin vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən "Sarkisyan uşaq qatilidir”, "Terrora, təcavüzə dur deyirik”, "Mən Zəhrayam!”, "Zəhraya ədalət!” kimi şüarlar səsləndiriblər. Aksiyada Xocalı faciəsində həlak olmuş şəhidlər də yad edilib. Aksiyada “Alman-Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, “Avropa Atatürkçü Düşüncə Dərnəyi”nin Bilefeld şöbəsinin başqanı Mehmet Ali Ölməz alman, Azərbaycan və Anadolu türkcəsində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

09:35