Bavariya polisi avtobus qəzasında 18 nəfərin öldüyünü təsdiqləyib

 

 

İyunun 3-də Bavariyada avtobusun qəzaya uğrayaq yanması nəticəsində 18 nəfər həlak olub. Hadisənin baş verdiyi ilk saatlarda onlar itkin düşmüş sayılırdı.

Bu barədə Bavariya polisi məlumat yayıb. Hadisə nəticəsində, həmçinin 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 2-nin vəziyyəti ağır olaraq qalır. İnsidentlə bağlı təhqiqat davam edir.

Xatırladaq ki, iyulun 3-də səhər saatlarında turistləri Almaniyanın cənubuna aparan avtobus naməlum səbəblərdən yük maşını ilə toqquşaraq alışıb. Xilasedicilərin məlumatına əsasən, yanan avtobusu yalnız 31 nəfər tərk edə bilib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:16