Baş nazir Şinzo Abe hökumətin tərkibində dəyişikliklərə hazırlaşır

 

 

Şinzo Abe rəhbərlik etdiyi Yaponiya hökumətinin tərkibində dəyişikliklər etmək üçün son hazırlıq işlərinə başlayıb.

Baş nazir Nazirlər Kabinetinin tərkibində dəyişikliklərə iyulun 12-də, Tokioya qayıtdıqdan sonra başlayacaq. Hazırda o, Almaniyada G20 sammitində iştirak edir. Hökumətdə dəyişikliklərə ehtiyac Tokio assambleyasına seçkilərdə hakim Liberal Demokratik Partiyanın uğradığı ağır məğlubiyyətdən sonra yaranıb. Son vaxtlar aparılan ictimai rəy sorğularının nəticələri də Ş.Abe hökumətinə dəstəyin zəiflədiyini təsdiq edir. Xüsusən Baş nazirin vəzifəsindən sui-istifadə edərək yaxın dostunun kommersiya layihəsinə dəstəyi barədə sənədlər aşkarlandıqdan sonra bu inam daha da zəifləyib.
Onu da qeyd edək ki, Yaponiya artıq yeni iqtisadi siyasət proqramını həyata keçirmək üçün bir sıra kadr dəyişikliklərinin vacib olduğunu irəli sürür. Özəlliklə də yeni nəsli təmsil edən topmenecer kadrların hakimiyyətdə daha çox təmsil olunmalarının qayğısına qalmağı hədəf seçmişdir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

10:59