Bakıda Tatar icması “Sabantuy” milli bayramını qeyd edib

 

Azərbaycanda yaşayan tatar icması milli bayramlarını - “Sabantuy”u Suraxanı rayonundakı mərkəzi parkda təntənəli şəkildə qeyd edib.
 

Mərasim Azərbaycanın və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov “Sabantuy” bayramının Suraxanıdakı mərkəzi parkda keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. O, qeyd edib ki, Azərbaycan və Tatar xalqlarının dostluq münasibətləri hər zaman mehriban şəraitdə inkişaf edib. Bu iki qardaş xalqı tarix, dil və mədəniyyət birləşdirir. Hər iki xalqın təməl kökləri eynidir. Bizlər hər zaman Türk Dünyasının ayrılmaz bir parçası olmuşuq.

Tatarıstan Respublikasının Nazirlər Kabineti yanında Baş arxiv idarəsinin rəisi İrada Ayyubova mənsub olduğu respublikanın prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bayram şənliyində Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov çıxış edib.
Qeyd edilib ki, hər il “Sabantuy” bayramının Azərbaycanda keçirilməsi qardaş Tatar xalqının milli-mədəni irsinə sadiq qalması hər şeydən çox önəmlidir. Tatar xalqı hansı ölkədə yaşamasından asılı olmayaraq, bu ənənələrə daim sadiq qalır. Sonra iştirakçılar müxtəlif müsabiqələrdə bacarıqlarını nümayiş etdiriblər, qaliblər mükafatlandırılıblar.

Xudaferin.eu

10:52