Azərbaycanlı pianoçu İsveçrədə keçirilən müsabiqədə ikinci yerə layiq görülüb

 

 

Azərbaycanlı gənc pianoçu, əslən Xocalıdan olan Brilyant Məmmədli növbəti uğura imza atıb.

 

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyindən bildiriblər ki, Naftalan Şəhər Uşaq Musiqi Məktəbində təhsil alan 11 yaşlı pianoçu İsveçrənin Val de Traver regionunda keçirilən “Gənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə iştirak edib. Xatirə Qəmxarovanın yetirməsi olan gənc pianoçu müsabiqədə İ.S.Bax, V.A.Motsart və Niyazinin əsərlərini məharətlə ifa edərək münsiflər heyətinin rəğbətini qazanıb. B.Məmmədli müsabiqədə ikinci yerə layiq görülüb. Qeyd edək ki, gənc musiqiçi ötən il Vyanada “Edelvays” beynəlxalq müsabiqəsində də ikinci yeri tutub.

Xudaferin.eu
“Avropa Bürosu”

09:34