Azərbaycanda müəllimlərin sayını azaltmaq təklif olunur
“Azərbaycanda keyfiyyətli təhsilə malik olmayan, zəruri standartlara cavab verməyən özəl universitetlərin pedoqoji ixtisaslarından diplom qazanmış xeyli sayda müəllim var ki, tələbə-şagird nisbətinin optimallaşdırılmasını həmin heyətin mövcudluğu xeyli ləngidir”
Bu sözləri iqtisadşı ekspert Rövşən Ağayev müəllim şagird nisbətinin statistikasına münasibət bildirərkən deyib. O, vurğulayıb ki, Dünya Bankı dünyanın müxtəlif regionlarında müəllim-şagird nisbəti ilə bağlı yeni statistikanı paylaşıb: “Dünyanın ən inkişaf etmiş regionlarından olan Avropada 1 müəllimə düşən şagird sayı yuxarı orta təhsildə 12, ibtidai təhsildə 15 nəfər təşkil edir. Şimali Amerikada orta təhsilin hər iki pilləsində 15 nəfərdir.Azərbaycanda isə bu rəqəmlər müqayisə etdikdə, müəllim sayının kifayət qədər çox olduğu görünür. Ən son məlumata görə orta təhsil sistemində 1.353 milyon nəfər şagird, 158 min nəfər müəllim var – yəni orta hesabla 1 müəllimə 8.5 nəfər şagird düşür. Şəhər yerlərində hər müəllimə 9.5 nəfər, kənd yerlərində 7.2 nəfər müəllim düşür”.
Ekspertin fikrincə, müəllimlər üçün maaş fondunun səmərəli və effektiv istifadəsində, pedoqoji heyyətin bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi üçün resurslardan səmərəli istifadə olunmasında müəllim sıxlığının optimallaşdırılması çox vacibdir: “Doğrudur, son 6-7 ildə müəllimlərin sayında azalma müşhidə edilir. Məsələn, 2009-2015 illərdə orta təhsildə müəllimlərin sayı 16 min nəfər və yaxın azalıb. Amma göründüyü kimi, inkişaf etmiş ölkələrdə mövcud olan nisbətə yaxın bir göstərici əldə etmək üçün proses davam etməlidir”…

Azadliq.info
10:40
Digər xəbərlər