Azərbaycan milli musiqisi İordaniyada

 

 

Azərbaycan Milli Konservatoriyasının (AMK) müəllimi, Əməkdar Artist Fəridə Məlikova İordaniyanın paytaxtı Əmmanda konsert proqramı ilə çıxış edib.

Konsert İordaniya Haşimilər Krallığı Abdul Hameed Şoman Fondunun təşkilatçılığı ilə Əmmanın tarixi Odeon Teatrında gerçəkləşib. Krallığın Milli Orkestrinin müşayiətilə F.Məlikovanın kamançada milli musiqi nümunələrimizi və ərəb muğamlarını səsləndirməsi dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsert iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirmək və yerli tamaşaçıları Azərbaycan musiqisi ilə yaxından tanış etmək məqsədi daşıyır. Qeyd edək ki, konsertin layihə rəhbəri AMK-nın şöbə müdiri Şəlalə Rzayevadır.

Xudaferin.eu

09:24