Avstraliyanın Baş naziri : KXDR-ə qarşı sanksiyaların faydası olacaq

 

Avstraliyanın Baş naziri Malkolm Ternbull əmindir ki, Kore Xalq Demokratik Respublikasına (KXDR) qarşı beynəlxalq sanksiyaların faydası olacaq və bu, Kore yarımadasında hərbi qarşıdurmanın qarşısını almağa imkan yaradacaq.

9News telekanalına müsahibə verən Baş nazir deyib: “KXDR-in lideri Kim Çen In tərəfindən təhdidedici hərəkətlər daha intensiv xarakter alsa da, inanıram ki, beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı daha kəskin iqtisadi sanksiyalar tətbiq edəcək və bu rejimi ayıldacaq”.

ABŞ Prezidenti Donald Trampla telefon danışığına toxunan M.Ternbull bildirib ki, tərəflər Kore yarımadasındakı vəziyyəti hərtərəfli müzakirə ediblər.

Baş nazir deyib: “Sizi əmin edirəm ki, ABŞ və Avstraliya tərəfdaşları olan Yaponiya və Güney Kore ilə, o cümlədən bütün beynəlxalq ictimaiyyətlə birlikdə Quzey Koreni düşüncəsiz, qeyri-qanuni siyasətdən əl çəkməyə məcbur etmək üçün əlbir çalışmaq niyyətindədirlər”.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

10:58