Ağ dənizdə ölüm kabusu

 

Orta Doğu miqrantları vətəndaş savaşından qurtulmaq üçün həyatlarını bu dənizdə itirirlər

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı cari ilin əvvəlindən bəridir Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirən miqrant sayının min 350-dən artıq olduğunu bildirib. Ali Kommisarlığın sözçüsü Uilliam Spindler Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında bazar günü İtalya və Liviyadan xilasedici dəstələrin Aralıq dənizinin ortasında dörd rezin qayıqla "Ohio" adlı ticarət gəmisindən təxminən 500 miqrantı xilas etdiyini söyləyib.

Keçən həftənin axırında qayığın batması nəticəsində ölən 7 miqrantın cənazəsinin xilas edilən miqrantlarla İtalyanın Siciliya adasındakı Trapani liman şəhərinə aparıldığını qeyd edən Spindler bildirib ki, aralarında uşaq və qadınların da olduğu 20 miqrant isə itib.

U. Spindler beynəlxalq sahədə qorumağa ehtiyacı olan miqrantların Avropaya keçişlərində daha təhlükəsiz alternativlər olmasının vacibliyini dilə gətirib. Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Joel Millman da 1 yanvar-14 may tarixlərində Aralıq dənizindən Avropaya gedib çatan miqrant sayının 54 minə yaxınlaşdığını, keçən ilin müvafiq dövründə bu rəqəmin 189 min 75 olduğunu qeyd edib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:28