ABŞ, Səudiyyə, PKK/PYD liderləri Suriyanın neftini bölüblər

 

 

Suriyada axıdılan qanlar və göz yaşları qara qızılın bəlasından imiş

Suriyanın Kamışlı şəhərində iclas keçirilib, ölkənin neft yataqları paylaşdırılıb. ABŞ və Səudiyyə Ərəbistanı agentlərinin təşkil elədikləri görüş zamanı PKK/PYD-nin də Suriya neftindən pay alması qərara alınıb. Görüşdə polkovnik Con Dorrian başda olmaqla bir çox amerikalı da iştirak edib. Suriyanın Haseke vilayətindəki Kamışlı rayonunda ABŞ ilə Səudiyyə Ərəbistanı ölkələrinin kəşfiyyatlarının təşkilatçılığı ilə Suriya neftinin gələcəyi ilə bağlı iclas keçirilib. İyunun 10-da həyata keçirilən iclasda İŞİD-ə qarşı koalisiya qüvvələrinin mətbuat katibi Con Dorrianla birliklə TSQ əməliyyatından sonra Səncar-Karaçok bölgəsində teror təşkilatına dəstək səfəri edən amerikalı zabitlərdən biri də iştirak edib. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan nümayəndələrlə yanaşı, iclasda Suriyanın daxilindən olan bəzi tayfa başçıları və PKK/PYD rəhbərliyindən olan şəxslər də iştirak ediblər. Suriya neftinin gələcəyi məsələsində ortaq strategiyanın müəyyənləşdirilməsi məqsədi ilə toplaşanlar, İŞİD-dən sonra ortaq fəaliyyət göstərməyi qərara alıblar.

Boru xətti İsraildən keçəcək

Kamışlı görüşü zamanı, Suriya neft və təbii qaz potensialının 95 faizinə sahib olan Haseke, Rakka və Deyr Zor bölgələrinin gələcəyi və teraltı sərvətlərinin çıxarılması, emal edilməsi və satılması məsələsində radikal qərarlar verilib. Humus çölündən Tenef, İordaniya və sonra İsraildən keçərək Avropa bazarına çıxacaq neft boru xətti məsələsində tərəflər razılaşıblar.

 

İranla Rusiya oyundan kənarlaşdırılır

 

Görüşlər zamanı ABŞ və İngiltərə neft nümayəndələri də iştirak ediblər. Amerikalı səlahiyyətlilər, yeni tədarük xətti ilə tərəflərin Suriya neftindən lazımi payı alacağını və yolla İranla Rusiyanın Suriya nefti ilə bağlı planlarının pozulacağını bildiriblər.

PKK pay alacaq

Kamışlı iclasında PYD-nin də çıxan neftdən pay alacağı qərara alınıb. Suriya PKK-sı görüşlər zamanı Aldar Xəlil və Xəlil Foze tərəfindən təmsil edilib. Amerikalı və səudiyyəli səlahiyyətlilər PYD-nin mübarizəsinə hörmətlə yanaşdıqlarını bildirərək, İŞİD qarşısında müqavimətlərindən sonra PYD-nin neftdən lazımi payı alacağını vəd ediblər. Beləliklə, ümumi mənzərənin parçalarını birləşdirəndə, kimlərin qazanclı çıxdığını görəndə, qurban getmiş minlərlə, milyonlarla Suriya vətəndaşının faciəsinin əsl səbəbləri aşkar olur.

 

Hurriyyet.org

 

16:44