ABŞ Rusiyaya iki gün vaxt verdi

 

Trump rəhbərliyi Rusiyaya ABŞ-da olan bir neçə konsulluğunun fəaliyyətini dayandırmaq üçün 2 gün vaxt verdi.

Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Amerika Birləşmiş Ştatlarına aid diplomatik və texniki personal sayının 1 sentyabr tarixinə qədər 455-ə endirilməsini tələb etmişdi.

Bundan sonra ABŞ cavab olaraq Rusiyadan ölkədəki diplomatik missiya əməkdaşlarının sayını azaltmağı tələb edərək, bunun üçün iki gün vaxt verdi. Bu müddət ərzində Rusiya San Franciscodakı baş konsulluğunu, Washington və New Yorkdakı 2 konsulluğunu bağlamalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ rəsmilərini rus diplomatlarının toxunulmazlığını birbaşa pozmaqda günahlandırdı. Sözçü Federal İstintaq Bürosunun (FBİ) bu gün sözügedən rus nümayəndəliklərinə girməyə hazırlaşdığını qeyd etdi. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Vaşingtona sərt cavab hazırladıqlarını bildirdi. Hər iki ölkənin qarşılıqlı olaraq 3 konsulluqla münasibətlərini davam etdirəcəyi qeyd edilir. ABŞ-da ötən il keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi iddiaları ilə bağlı aparılan istintaq iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

10:14