28 May – Respublika Günü Kanadada qeyd ediləcək

 

 

Mayın 28-də Kanadanın Toronto şəhərində (Toronto City Hall, Natan Filip Meydanında) Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə bayrağımız dalğalandırılacaq.

Kanada Türk Assosiasiyası Federasiyası, Kanada Türk Assambleyası və Kanada Azərbaycan Türk İcması Assosiasiyası tərəfindən təşkil ediləcək tədbir müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunacaq.
Qeyd edək ki, 28 İstiqlal Günü münasibəti ilə Azərbaycan Milli Diaspor təşkilatlarının bir çoxu həmin günü təmtəraqlı şəkildə keçirmək üçün bir sıra tədbirlər planı hazırlamışdır. Özəlliklə də Polşa, Almaniya, Hollandiya, isveç, Norveç, Finlandiya, Fransa, İngiltərə, Ukrayna, Danimarka, Şotlandiya, İrlandiya, İtaliya və digər dövlətlərdə bu yöndə xüsusi hazırlıqlar görülməkdədir. Türkiyədə isə Azərbaycan Kültür Dərnəkləri Federasiyası bu yöndə əzəmətli tədbirlər planlarını hazırlamışdır. Ənənəvi olaraq, 28 May İstiqlal Günü sadəcə azərbaycanlılar deyil, həm də digər Türk topluluqlarının təşkilatları da həmin gün soydaşlarımızla bu mübarək bayram təntənəsini qeyd edəcəklər.

Xudaferin.eu
Kanada “Toronto Bürosu”

 

11:23