2022-ci ilədək daşınan elektronika qurğularının tədarük həcmi 430 milyonadək artacaq

 

Yaxın 5 ildə qlobal daşınan elektronika bazarının həcmi orta hesabla ildə 24,1 faiz artacaq. Bu barədə “Tractica” tədqiqat şirkətində çalışan ekspertlər proqnoz veriblər.
 

Mütəxəssislərin qiymətləndirməsinə görə, bu dövrdə daşınan qurğuların tədarük həcmi 118-dən (2016) 430 milyonadək (2022) artacaq. Gözləntilərə görə, proqnozlaşdırılan dövrün sonunda “ağıllı” saat sözügedən bazarın ən böyük kateqoriyası olacaq. Həmçinin "ağıllı" geyimlər, daşınan kameralar, smart eynəklər, "ağıllı" qulaqcıqlar və başqa bu kimi kateqoriyalar daşınan cihazlar sənayesinin inkişafına öz töhfəsini verəcək. “Tractica” şirkətinin tədqiqatlar üzrə direktoru Aditya Kaulonun fikrincə, istifadəçi sağlamlığının qorunub saxlanılması üçün nəzərdə tutulmuş qurğular daşınan elektronika bazarının inkişafının növbəti mərhələsində artımı təmin edəcək.

"Öz diqqətini sadə fitnes qolbaq və fiziki fəallıq trekerlərinə deyil, diabet və ürək-damar sistemi xəstəlikləri kimi xroniki xəstəliklərin profilaktikası üçün nəzərdə tutulmuş qurğulara yönəltmiş daşınan elektronika istehsalçıları son nəticədə uğur əldə edəcəklər", – deyə mütəxəssis qeyd edib.

Xudaferin.eu
“Avropa Bürosu”

21:31