"Xruşşov Azərbaycanda birinci katibdən tutmuş Ali Məhkəmənin sədrinə qədər hamını işdən azad etmişdi"

Kazıbek İsa
“Qazax ünü” qəzetinin təsisçisi, şair, Beynəlxalq “S.Yesenin” və “Alaş” mükafatları laureatı
SOVET DÖNƏMİNDƏ DƏ ƏRLİK GÖSTƏRƏN, DÖVLƏT QURAN AZƏRBAYCAN ELİ
 
Azərbaycanlı qardaşlarımızın dövlətçiliklərinə, kişiliklərinə heyran oldum! 1958-ci ildə ölkənin başçısı, Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Azərbaycan dilinin dövlət dili olması ilə bağlı qanun qəbul etdirmişdi! Dövlət dilini bilməyənlər işdən çıxarılmağa başlamışdı!
Bu ər İmam, erkək İmam onu millətçilikdə ittiham edən SSRİ lideri Xruşşova bilirsinizmi nə söyləmişdi? "SSRİ Konstitusiyasına əsasən, Azərbaycan Sovet Sosialist dövlətidir. 
 
ƏGƏR DÖVLƏTİMİZ VARSA, ONUN DÖVLƏT DİLİ DƏ OLMALIDIR! ƏGƏR DÖVLƏT DİLİ VARSA, BU İSTİFADƏ OLUNMALIDIR! "
 
Ölkə rəhbərliyi rəhbər vəzifələrdəki milli kadrların sayını artırmışdı.
Ölkənin ikinci lideri də əsl kişi idi. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov dövlət dilini öyrənmək üçün başqa millətlərin nümayəndələrinə  yarım il vaxt vermişdi!
M. İbrahimov tələbələr qarşısında çıxış edərkən bildirmişdi ki: "Ana dilini bilməyən, ya bu dildə danışmaq istəməyən ziyalı pis ziyalıdır, satqındır»
Üçüncü lider, Azərbaycan Nazirlər Sovetinin sədri Sadiq Rəhimov da insan idi! Hökumətin qərarına əsasən, ölkədə bütün görüşlər və iclaslar dövlət dilində keçirilirdi.
Mədəniyyət müşavirəsində rus dilində danışan məşhur bəstəkar Qara Qarayevin çıxışı dayandırılmışdı!
1959-cu ildə N. Xruşşov Azərbaycan Respublikasının bütün rəhbərlərini, birinci Katibdən tutmuş Ali Məhkəmənin sədri Abdulla Bayramova qədər hamısını işdən azad etmişdi.
Budur ölkə! Budur insanlıq! Budur cəsarət!
Onlar milli maraqlara görə vəzifələrini qurban verdilər! Hesab edirəm ki, ölkəsinin dərdinə yanan bütün kişilərə abidələr qoyulur! İnşallah, əgər yolumAzərbaycana düşsə, mən mütləq onların məzarlarının üstünə gedəcəyəm və dua edəcəyəm.
Bəs bizim hakimiyyətimiz nə etdi?
Həmin Sovet dövründə, haradasa 1958-ci ildə bizim liderlərimiz xəyanətkar ziyalılarla birlikdə Moskvaya məktub göndərdilər: "biz qazax dilli universitetlərdə dərs keçməkdən imtina edirik, biz rus dilində dərs keçmək istəyirik»;
Hətta müstəqillik qazanandan sonra da;
Qaqzaxstanda “Dövlət dili” barədə Qanunla bağlı açıq məktuba 121 min insan imza atıb (bu yalnız “Qazax ünü” saytında qeydiyyatdan keçənlərdir), axı onların arxasında bu qanunun qəbul ediməsini istəyən və tələb edən milyonlarla insan var. Amma bu qanunu qəbul edəcək yüksək rütbəli rusdilli məmurlar buna mavimət göstərirlər. Sanki bu dil (qazax dili) düşmən dilidir.
Mən ulu Nizaminin eli, qardaş Azərbaycan xalqı önündə baş əyirəm!
 
Qazakunu.kz 18 iyun 2020

01:16