Xeyirli, Uğurlu olsun!

Dostlar həyatım boyu istər Kommunist dönəmində, istərsə müstəqillik illərində heç bir seçkidə zadda iştirak etməmişəm.

Ancaq 30 ildi bütün müsahibələrində bəyan etmişəm ki, kim Şuşamı və ümumiyyətlə Qarabağımı işğaldan azad eləsə, dədəmin qatili olsa belə ölənə kimi onun yanındayam...

Dedim və elədim...

Səsvermədən çixanda gənc qizlar deyəsən məni taniyib sual atəşinə tutdular...

Ən acığım gələn "müəllim kimə səsverdiniz" müraciət formasında bildirdim ki, mənə müəllim deyə müraciət etsəniz heç bir sualınıza cavab verməyəcəm. Ya bəy deyə müraciət edəcəksiniz, yada sadəcə Elman. Beləcə bu bir-birindən gözəl qızlarla yumorla dialoqa başladıq...

Bəy kimə səs verdiniz sualina bildirdim ki, Şuşamı xilas edib, Xankəndinə bayraq sancan Oğula səs verdim.

Hamısı xorla: İlham Əliyevə? Dedim yox. Bəs kimə? Təcüblə soruşurlar, məndə bu saf qızlarla şuxluq edirəm...

Dedim Şərqi Zəngəzurmu işğaldan azad edən Əmoğluma səs verdim. Qızlar təcüblə: Əmoğlunuz?...))))

Dedim əlbəttə tarıxdə ilk dəfə bütün işğalda olan torpaqlarımızı xilas edən əmoğluma. Əmoğluyuq dana, bütün Zəngəzurlular bir-birinə əmoğlu olur. Sadəcə xilaskar Qərbi, məndə Şərqi Zəngəzurluyam..)))

Qisası şən zarafatdan sonra bu gözəl qizlara dedimki, mən başqa adama səs versəm Şuşalılar məni Şuşaya həsrət qoyarlar qızım...)))

Bax beləcə ömrümdə ilk dəfə seçkidə iştirak erdim, səsimi isə Ali Baş Komandana verdim.

Xeyirli Uğurlu olsun!

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

07:42