Üç aydan çoxdur tutuqlu olan milli fəal Ə.Əzimi Qədimidən xəbər yoxdur

 

Üç aydan çoxdur tutuqlu olan Güney Azərbaycan Milli Hərəkatının fəalı, görkəmli din xadimi Əbduləziz Əzimi Qədimidən heç xəbər yoxdur. İran mollakratiya rejimi Tehranın Evin zindanında həbs etdiyi Əzimi Qədimini nə üçün və hansı ittiham və nədənlərilə tutulduğu haqda heç məlumat vermir.

Güney Azərbaycan Milli Hərəkatının ictimaiyyət və xalqla əlaqələr bölümünün verdiyi açıqlamaya görə son zamanlar milli fəalın “Teleqram” sosial şəbəkəsindəki aktivləşən fəaliyiəti mollakratioya rejimini qorxuya salmışdır. Belə ki, tutuqlu milli fəal Ə.Əzimi Qədimi 2017-ci il yanvarın 7-dən ta günümüzədək bir dəfə olmaq üzrə Xanımı və qızı ilə qısa görüş xaricində heç kimsə ilə görşdürülməyib. Mollakratiya rejiminin özü də bu haqda heç bir məlumat paylaşmaq istəmir. Bunun əsas səbəblərindən biri də Əbdüləziz Əzimi Qədiminin görkəmli din xadimi olması və eyni zamanda Güney Azərbaycan Milli Hərəkatının önündə gedən və kimsədən qorxmayan xarizmatik bir lider olmasıdır.

Xatırladaq milli-siyasi fəal bundan öncələr İran-Ermənistan əlaqələrinə etiraz olaraq Güney Azərbaycanın Marağa şəhərində düzənlənən mitinqlərdə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanmış və ağır işgəncələrə məruz qalmışdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:37