"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin Rəhim Qazıyevə qarşı edilən qeyri-humanist hərəkətlə bağlı bəyanatı

Hələlik kimliyi bəlli olmayan şəxslər Azərbaycan Respublikasının keçmiş müdafiə naziri Rəhim Qazıyevi küçədə vurub qaçıblar. Onu bu vəziyyətdə görən vətəndaşlar Rəhim Qazıyevə ilkin yardım göstəriblər, daha sonra polisə və təcili yardıma müraciət ediblər.

"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin Rəhim Qazıyevə qarşı edilən bu qeyri-insani hərəkəti pisləyir, səbəbindən asılı olmayaraq yaşlı insana qarşı atılan bu zorakı hərəkəti şiddətlə qınayır. Naməlum şəxslərin nə İslam dininə, nə milli dəyərlərə və bəşəri əxlaqa sığmayan bu hərəkəti həm də bir vətəndaşın konstitusiyon hüquqlarının kodub surətdə pozulması deməkdir.

"Avropada Azərbaycanın Dostları Cəmiyyəti" əmindir ki, hadisəni törədən şəxslər tezliklə hüquq-mühafizə orqanları tərəfindən ədalət məhkəməsinə təslim ediləcək və onların bu əməlləri hüquqi qiymətini alacaqdır.

"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri,

Elman Mustafazadə

 

xudaferin.eu

20:10