ABŞ “greencard”ların verilmə qaydalarını mürəkkəbləşdirəcək

Ağ ev “greencard”ların (daimi viza) verilməsini mürəkkəbləşdirən yeni qayda tətbiq edəcək.

Xudaferin.eu Reuters-ə istinadən xəbər verir ki, gəlirləri standartlara uyğun olmayan iddiaçılara daimi viza verilməyəcək.

Yeni qayda oktyabrın 15-də qüvvəyə minəcək. Yaşadığı ölkədə aşağı gəliri və sosial təminata ehtiyacı olan şəxslərə daimi və müvəqqəti viza verilməyəcək.

Yeni qayda miqrantların ABŞ-da leqallaşmasına əngəl törədəcək.  

Ekspertlərin fikrincə, yeni qayda Tramp adminisrasiyasının ən radikal qərarlarından biri olacaq.

 

xudaferin.eu

12:02