Tutuqlu Tikantəpəli milli fəal Əmir İmani azad edildi

Bunun üçün müvəqqəti də olsa onun həbsdən bıraxılmasına ağır vəsiqə qoşulub

Güney Azərbaycan Milli Hərəkatının fəalı Əmir İmani Urmu şəhərindəki “Ettelaat (İran Mollakratiya rejiminin Kəşfiyyat Nazirliyi) həbsxanasında tutuqlu saxlanılan Əmir İmaninin müvəqqəti də olsa azadlığa buraxılması üçün 300 milyon tümənlik (80 min euro ) mülki vəsiqə qoşulub.

Əslən Güney Azərbaycanın Urmu vilayətinin Tikantəpə şəhərindən olan milli fəal Əmir İmani 2017 ci il may ayının 7-də “Pasaje Əmir” Ticarət Mərkəzində özünə məxsus şəxsi mağazasında yaxalanaraq Urmudakı mollakratiya rejiminin “Ettelaat” məxsus cəzaevinə  aparılıb. Bütün bunlar azmış kimi, rejim qondarma ittihamlarla ona qarşı cəza verilməsi üçün məhkəməyə saxta sənədlər təqdim edib. Beləliklə də Güney Azərbaycanda milli düşüncə adamlarına qarşı aparılan məqsədli siyasət həm də Uluslararası İnsan Haqları təşkilatı tərəfindən qətiyyətlə tənqid olunub.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:46