Türkmənistan İrana qaz ixracına dur dedi

Türkmənistan borca görə, İrana qaz ixracını qəflətən dayandırıb.

İran mollakratiya rejiminin milli qaz şirkəti bildirir ki, tərəflər arasındakı razılaşmaya baxmayaraq Türkmənistan tərəfi borcun təcili ödənilməsini tələb edərək qazı bağlayıb. Şirkətin məlumatına görə, tərəflər müzakirələri davam etdirirlər. Türkmənistan hökuməti hələlik məsələyə rəsmi münasibət bildirməyib.
İran 1997-ci ildən ölkənin şimal bölkələri üçün Türkmənistandan qaz alır. Türkmənistan, Çin və Türkiyədən sonra İranın ən böyük ticarət tərəfdaşıdır. Tehran rejimi ötən ilin dekabrında bildirmişdi ki, Türkmənistan 1,8 milyard dollarlıq borca görə, qazı kəsməklə hədələyir. İranın Mehr agentliyi ölkənin neft naziri Bijan Namdara istinadla tərəflərin bu məsələdə razılığa gəldiklərini xəbər ver.
Qeyd edək ki, Türkmənistan dünyanın ən zəngin neft və qaz yataqlarına malik olan ölkələrin siyahısında ilk yerlərdən birini tutur. 1991-ci ildə dövlət bağımsızlığına qovuşan Türkmənistan elə həmin dönəmdən özünü dünya siyasətində “tərəfsiz ölkə” olması yönündə qərar çıxarıb. Bu günə kimi, həmin qərara əməl olunur. Bununla yanaşı, ölkə öz təbii sərvətlərini, özəlliklə də neft və qaz kimi strateji enerji resurslarını qonşu İrana da satır. İran mollakratiya rejimi Türkmənistanı özündən dolayı yolla asılı salmaq üçün daim borcunu süni şəkildə gecikdirmələrlə ödəyir. Elə buna görə də Türkmənistanda son dövrlərdə maliyyə və iqtisadib baxımdan xeyli problemlər yaranıb.

Xudaferin.eu
“Türküstan Bürosu”  

14:20