Sosial evlərlə bağlı bütün sualların cavabı: Bu evləri alanların işlə təminatı da…

 

 

İqtisadçı-ekspert Vüqar Bayramov mediaya açıqlamasında sosial mənzillərin verilmə şərtlərindən danışaraq qaranlıq qalan mətləblərə aydınlıq gətirib.
 

V.Bayramov açıqlamasında qeyd edib ki, gələn il Yasamalda istifadəyə veriləcək ilk binalarda 1900 mənzil istismara veriləcək: “Artıq ötən ilin dekabrında etibarən ölkə başçısı Yasamalda sosial mənzillərin təməlqoyulma mərasimində iştirak etdi. Artıq gələn aydan etibarən müraciətlər qəbul ediləcək. Bu binalar şəhərcik formasında olacaq. Həmin ərazidə məktəb, bağça, mağazalarla yanaşı digər sosial obyektlər də tikiləcək”.

V.Bayramovun sözlərinə görə, sosial mənzillər infrastruktura uyğunlaşdırılıb. Ailə üzvlərinin sosial mənzil üçün aylıq ödənişini təmin etmək üçün ailə üzvlərinin işlə təmin edilməsi məsələsi də diqqətdə olacaq.  İqtisadçı qeyd edib ki, ilkin mərhələdə Yasamalada 1900 mənzil, daha sonra hövsanda 3000 mənzil vətəndaşlara təhvil veriləcək. Bu ənənə növbəti illərdə də davam etdiriləcək, hər il 3 min sosial mənzilinin tikilərək təhvil verilməsi nəzərdə tutulub: “ Yasamal rayonunda olan 1900 mənzilin güzəştli kateqoriyaya verilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki , 2017-ci ildə sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon vəsait sosial evlərin tikintisi üçün ayrıldı”.  

Vüqar Bayramovun sözlərinə görə, sosial mənzil almaq istəyən ailə üzvlərinin hər ikisinin yaşının 35-dən aşağı olması vacib amildir. Qeydiyyatla bağlı isə heç bir problem yoxdur. Rayonda yaşayan vətəndaş da sosial mənzil almaq üçün müraciət edə bilər, təbii ki, əgər nəzərdə tutulan kateqoriyaya uyğundursa.

 

Sosial ev almaq üçün nələrə diqqət eytmək lazımdır?

 

İqtisadçı bu suala da aydınlıq gətirib: “İlk növbədə əmək haqqının sosial ev almasına adekvat olması nəzərə alınmalıdır. Sosial mənzil alan şəxs ödəniş etmək imkanına sahib olmalıdır. Ailə üzvlərinin də sayı vacibdir. Sosial mənzil almaq istəyən şəxs ilk növbədə büdcəsini hesablamalıdır. Ailədə iki övlad varsa, ailə üzvlərini hamısının aylıq adambaşına düşən xərci əmək haqqıdan çıxarılacaq. Ailə xərci çıxıldıqdan sonra qalan vəsaitə uyğun olaraq ailənin neçə otaqlı evə iddialı olması araşdırılacaq”.

Təhvil verilən mənzillər təmirli olacaq, hətta mətbəx mebeli də veriləcək. Sosial mənzillərin verilməsində məqsəd güzəştli kateqoriyanın kirayələrə pul tökməsinin qarşısını almaq, şəxsi mənzilə sahiblənməsidir.

İqtisadçının sözlərinə görə, daha tez müraciət edənlərin sosial ev alma şansı yüksəkdir. Bu baxımdan elektron müraciət daha sərfəlidir. İqtisadçı ekspert sosial mənzillərin mənzil bazarında olan evlərlə müqayisəli təhlil edib. O qeyd edib ki, bu evlər nağd verilmədiyi üçün bu mənzilləri yalnız mənzil bazarında olan belə kreditli əmlaklarla müqayisə etmək olar: “Mənzillər nağd ödənilmir deyə biz bu mənzilləri nağd satlıan mənzillərlə deyil, kreidtlə satılan mənzillərlə müqayisə edə bilərik. Digərləri ilə müqayisədə bu mənzillər daha ucuzdur. Çünki büdcə hesabına maliyyələşir. Bazardakı mənzil bazarın qiymətinə uyğun təklif edilir. Burada isə bazar qiymətindən söhbət getmir”.

İqtisadçının sözlərinə görə növbəti illərdə bu mənzillərin rayonlarda da tikilməsi planlaşdırılır. Artıq bu istiqamətdə müəyyən işlər də görülür: “Sosial mənzillərin rayonlarda olması belə planlaşdırılır. Artıq ərazilər müəyyənləşdirilir”.

Nigar Məhərrəm

Cebhe.info

 

06:23