Saakaşvili Kiyevə gedəcəyi tarixi açıqladı

 

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 19-da Kiyevə gedəcəyini bəyan edib.
 

Nu barədə M.Saakaşvili Çernovtsı şəhərində çıxış edərkən bildirib: "Mən daha bir neçə şəhərə səfər edəcəm. Sentyabrın 19-da Kiyevdə olmaq niyyətindəyəm. Həmin gün həm də Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”.

Ötən bazar günü Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.
Mixeil Saakaşvilinin Polşa üzərindən Ukraynaya daxil olması həm də Şərqi Avropada demokratik dünyanın diqqətini artırmaq kimi prosesləri də gündəmə gətirilməsi deməkdir. Ukraynada bu addım faktiki olaraq, demokratik azadlıqları istəyən güclər tərəfindən böyük çoşqularla qarşılanıbdır. Ukrayna və digər postsovet dövlətlərinin Rusiyanın siyasi, hərbi  və iqtisadi baxımdan onun təsiri altında olması, həm də bu dövlətlərin fəlakətli bir durumu yaşaması deməkdir. Bu fəlsəfəni artıq Ukraynada çoxları dərk etməkdədirlər.

Xudaferin.eu
Ukrayna, “Lvov Bürosu”

 

09:01