Rusiya sabiq erməni nazirin axtarışından imtina etdi
Rusiya beynəlxalq axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın axtarışından imtina edib.
Xudaferin.eu xəbər verir ki, bununla bağlı ”İnterfaks” yerli mənbəyə istinadla məlumat yayıb.
“2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrdə ittiham olunan Arutyunyanla bağlı materiallara baxıldıqdan sonra Rusiya ərazisində onun axtarışından imtina ilə bağlı qərar qəbul edilib”, - mənbə bildirib.
O deyib ki, bununla da, Rusiyada erməni naziri heç bir təhlükə gözləmir. Ancaq mənbə qeyd edib ki, Arutyunyan hansısa MDB ölkəsində görünsə, həbs oluna və Ermənistana verilə bilər.
O əlavə edib ki, sabiq nazirin həbsi ilə bağlı müraciət Moskvaya Ermənistan Baş Prokurorluğundan deyil, dövlətlərarası axtarış xətti ilə daxil olub.

Xudaferin.eu
13:23
Digər xəbərlər