Ərdəbil öyrənciləri pulsuz təhsil hüququndan məhrum edilib.

 

Qatı fars şovinizmi siyasətini yürüdən mollakratiya rejimi daha ağır fəsadlara hazırlanır
 

Güney Azərbaycanın Ərdəbil şəhərindəki universitetlərdə pulsuz təhsil hüququnun qeyri rəsmi şəkildə ləğv edilməsi barəsində “Mühəqqiq Ərdəbili adına Universiteti”n rektoru Qudərz Sadiqi iyunun Meşginşəhr “Yüksək Təlim-Tərbiyə Şurası”nın keçirdiyi iclasda bildirib. Ərdəbildə yalnız bir dövlət universitetinin fəaliyyət göstərdiyini deyən rektor, bölgənin bu sahədə də ayrıseçkiliklə üzləşdiyini bildiribdir.

“İranın digər əyalətlərində durum tamamilə fərqlidir. Məsələn Fars əyalətində 11 dövlət universiteti fəaliyyət göstərir. Əslində bir çox əyalət belə imkanlara malikdir. Ərdəbildə isə Ali Təhsil Nazirliyinin tabeliyində olan heç bir dövlət universiteti fəaliyyət göstərmir”- deyə Qüdərz Sadiqi əlavə edib.
Qeyd edək ki, Tehran mollakratiya rejimi Güney Azərbaycanın Ərdəbil vilayətinin bütün kənd təsərrüfatı sektorunun mallarını farslara məxsus İsfəhan şəhərində yerləşən emal fabriklərinə və orada istehsal olunduqdan sonra, həmin malları bir neçə qat baha qiymətə yenidən Ərdəbil vilayətinə geri qaytarılır. Ərdəbil vilayətinin yeraltı və yerüstü təbii sərvətləri də beləcə farslar yaşayan bölgələrə çox ucuz qiymətə daşınır. Beləliklə də həmin sərvətlər sayəsində Ərdəbil vilayətinə xammal dəyərində vəsait ödənilir və farslara məxsus bölgələrdə istehsal vasitələri kimi tanına fabriklər isə onqat gəlirlər əldə edirlər. Bu gün faktiki olaraq, Ərdəbil vilayətində ali təhsil sektoru da ögey münasibətin sayəsində çıxılmaz duruma salınıbdır.  

Xudaferin.eu
Güney Azərbaycan, “Ərdəbil Bürosu”

09:29