Qubad İbadoğlu

 

"Əcnəbi seyrə balonlarla çıxır, biz neft satmağı düşünürük"

 

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu feysbuk şəbəkəsindəki rəsmi səhifəsində yazıb. Ekspert bildirib ki, bu gün Princeton Universitetinin Enerji və Ətraf mühit üzrə Andlinger Mərkəzini xüsusi tədbirinə qatılıb. Tədbirin məruzəçisi Çilinin Enerji və Təbii sərvətlər naziri Marcelo Menaçox maraqlı çıxış edib. Məruzənin təsirinə düşən ekspert bildirir ki, "Qlobal Enerji 2050"-nin gündəliyində duran əasa vəzifə enerji balansında 2025-ci ilə qədər bərpa oluan enerji resurslarının payının 60 faizə, 2050-ci ilə qədər ən azı 70 faizə, hətta mümkündür ki, 90 faizə çatdırsınlar: "Çili də bu istiqamətdə təşəbbüslərə qoşulub. Çili təcrübəsində yaşıl iqtisadiyyat, bərpa olunan enerji istehsalına qoyulan invsestisiyalar artdığının şahidi olduq. Həqiqətən də artıq investorlar ənənəvi və tükənən enerji bölməsinə deyil, bərpa olunan və alternative enerji mənbələrinə, eyni zamanda enerjidən kənar sektorlara sərmayə qoymağa üstünlük verirlər".

Ekspert deyir ki, “Qazprom”un səhmdarları sırasından çıxıb. Norveç pensiya fondu isə fəaliyyəti Paris ekologiya anlaşmasına uyğun olmadığı halda “Qazprom”un səhmlərini satacağını bildirib: "Çox gümün ki, belə də olacaq və tezliklə onlar da “Qazprom”dan imtina edəcəklər. Yulkin qeyd edir ki, bu qlobal tendensiyadır. Hətta Rokfeller xeyriyyə fondu “ExxonMobil”dəki səhmlərini satışa çıxarıb. Halbuki Rokfellerlər “Standard Oil”, yəni hazırkı “ExxonMobil”dəki yatırımları hesabına zəngin olublar. Hətta ənənəvi energetikadan qazanılan vəsait də yeni energetikaya yatırılır. Belə ki, “Shell” şirkəti neft-qazdan əldə etdiyi vəsaiti Hollandiyanın şimalında külək elektrik stansiyasına, cənubunda günəş energetikasına və hidrogen yanacağına yatırıb.Doğrudan da 10 il bundan əvvəl ilk İphone telefonlarını təqdim edən "Apple" şirkətinin bazar dəyəri hazırda 800 milyard dolları ötüb".

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur:

"Hazırda "Apple" şirkətinin bazar dəyəri “Exxon Mobil”in dəyərindən 2 dəfə, “General Electric”in dəyərindən isə 3 dəfə çoxdur. Biz isə nəinki dünyada, hətta regionda gedən tendensiyaların əksinə olaraq neftdən qazandığımız pulu yenidən neftin hasilatına və daşınmasına yatırırıq və bunu yalnız cari il və yaxud yaxın 5 il üçün deyil, uzun dövr üçün 2050-ci ilədək planlaşdırırıq. Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, “əcnəbi seyrə balonlarla çıxır, biz hələ… 2050 ilə qədər neft satmağı düşünürük".

xeber365.com

11:06