Qondarma “Kürdüstan referendumu” qanunsuzdur

 

Bu məqsədlə Türkiyə istənilən anda İraqa girə bilər

 

Sentyabrın 25-də İraq Kürd Muxtariyyətində baş tutacaq müstəqillik referendumu dünya siyasi gündəminin əsas müzakirə olunan məsələlərindən biridir. Bu məsələ ilə bağlı Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda qəbul edilən bəyanatda bildirilir ki, “Quzey İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumu qeyri-qanunidir və rəsmi Ankaranın beynəlxalq konvensiyalardan irəli gələn hüquqlarından istifadə edəcək”.

Hazırda Türkiyədə siyasilərin və tarixçilərin əsas müzakirə mövzusu da budur: Türkiyə “beynəlxalq anlaşmalardan doğan haqlarından istifadə edəcək” sözünün arxasında nə dayanır?

Bu yöndə bəlli olan əsas hüquqi sənədlər isə bunlardan ibarətdir:

1. 5 iyun 1926-cı il Ankara müqaviləsi.

2. Millətlər Cəmiyyəti (BMT) tərəfindən müəyyən edilən Türkiyə-İraq sərhədinə dair 1924-cü il Brüssel sənədi.

3. 1925-ci il Mosulun gələcəyi ilə bağlı Millətlər Cəmiyyəti sənədi.

4. 29 mart 1946-cı il Türkiyə-İraq sərhədinə dair II Ankara razılaşması.

5. 12 avqust 1981-ci il Türkiyə-İraq sərhəd xəttinə dair protokol.

Bu 5 ulusal sənəd Türkiyə-İraq sərhədini qəti şəkildə müəyyən etdiyi kimi, bu sərhədin pozulmasına qarşı qəbul edilən beynəlxalq protokollardır. Əgər referendum olarsa, “hə” çıxarsa və müstəqil dövlət yaranarsa, İraq Kürd Muxtariyyəti Türkiyə sərhədində olduğu üçün Türkiyə ilə İraqın birbaşa sərhədi qalmayacaq. Belə şəraitdə Türkiyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini dəyərləndirərək, İraqa hərbi müdaxilə edə bilər.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

11:07