Qırmızı Xaçdan Azərbaycana qarşı heyrətamiz və qondarma münasibət

 

Bu qurumun rəsmi təmsilçisi sanki, Azərbaycanın bir dövlət olaraq yoxmuş kimi tanıdıqlarını nümayiş etdirdi

BQXK-dən Ağdamdakı erməni gülləbaranına münasibət: "Hədəf biz deyildik"

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz əməkdaşlarının ötən gün Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında həmin tarixdə təmsil etdiyi qurumun əməkdaşlarının Ağdamda olduğunu təsdiqləsə də, hədəfin onlar olmadığını qeyd edib: "Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələrə həyata keçirir.

Biz müntəzəm olaraq bu icmalara baş çəkir, cəbhə xəttinin hər iki tərəfində iş aparırıq. BQXK yerli orqanlarla birgə həyata keçirdiyi layihələrdən biri də Ağdam rayonunun Əhmədağalı kəndində artezian quyusunun təmiri ilə bağlı həyata keçirilən layihədir. Mediada olan məlumatla əlaqədar deyə bilərik ki, biz əməkdaşlarımızın 4 may tarixində orada olduğunu təsdiqləyirik. Lakin BQXK əməkdaşlarının və ya nəqliyyat vasitəsinin hədəf olduğunu bildirən heç bir əlamət və əsas yoxdur".

Hurriyyet.org

P.S. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmsilçisinin “icma” ifadəsi Azərbaycana qarşı bu qurumun gizli niyyətlərinin və hədəflərinin anlamlarını ortaya qoyur. Yerli əhalini “icma” adlandırmaq kimi ifadə əslində hər hansı bir ölkədə yaşayan miqrantlara olan münasibətin forması deməkdir. Azərbaycan ayrıca bir dövlətdir və onun əhalisi də “icma” adlandırıla bilməz. Bununla yanaşı, “icma” sözü bir termin kimi dini azlıqlara, milli azlıqlara və ya miqrasiya etmiş azsaylı topluluğa şamil olunur. Azərbaycan Respublikası əhalisini icma adlandırmaq həm də bu dövlətə olan münasibətin gizli hədəflərini ortaya qoyur. Ona görə də beynəlxalq qurumlarda çalışan və ya təmsil olunan soydaşlarımızın həmin qurumunların hədəflərini bilmədən onlarla işbirliyinə getməsi təhlükəli və qorxulu tendensiyaların iştirakçısına çevrilirlər.  

09:44