Qarabağ-İran körpüsü ilə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Araz çayı üzərində tikdiyi su anbarları və körpülər haqqında açıqlamasından belə məlum olur ki, İranın işğal olunmuş Azərbaycan toprpaqları istiqamətində tikdiyi su anbarları, bəndin üzərində ermənilərin nəzarət etdiyi yerlərə körpülər salması Azərbaycanın xeyrinədir və bunların tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Rəsmi Tehran deyir ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş var. Maraqlıdır, bu stansiyaların tikintisinin körpüyə nə dəxli var? Axı bizim qol çəkib razılıq verdiyimiz körpülərdən İran Dağlıq Qarabağ separatçılarına hər cür yardım edir.

Avropada "Azerbaycanın Dostları" Cemiyyeti ve "Xudaferin" jurnalı məsələnin şəffaf araşdırılmasını və ictimaiyyətə geniş məlumat verilməsini tələb edir və hesab edir ki, bu körpünün işə salınması Azərbaycan xalqına xəyanət və Azərbaycan dövlətçiliyinə qarşı cinayətdir.

01:33