PKK-lı valinin terrorçuları Kərkükdə Türkməneli partiyasının ofisini yandırdılar

 

Quzey İraq Türkmaneli bölgəsinin əsas strateji bölgələrindən biri olan Kərkük şəhərinə  daxil olan Yahyava rayonunda yerləşən, Kərkükün “Bayraq Müqaviməti Hərəkatı”nda fəal rol oynamış Türkməneli Partiyasının Yahyava şöbəsi kürd dilində danışan terrorçular tərəfindən bu gecə saat 02:00 radələrində hücuma məruz qalıb. Bölgədən daxil olan bilgilərə görə hücumun Kərkükün PKK tərəfdarı olan bölgə valisi Nəcməddin Kərim ilə əlbir olan terrorçular tərəfindən törədildiyini və qərargahın buna görə yararsız hala düşdüyü bildirilir.

Qeyd edək ki, Türkiyədə hakimiyyətdə olan AKP iqtidarının komprator maraqlarına görə Quzey İraq Kürd bölücü muxtariyyəti ilə çox ciddi şəkildə biznes əlaqələri mövcuddur. Hətta bu yaxınlarda qondarma “Quzey İraq Kürdüstan Muxtariyyəti”nin başçısı Mustafa Bərzani Türkiyənin başkəndi Ankaraya və İstanbula səfərlər edərkən, AKP iqtidarı qatı anti türk mövqeyi ilə seçilən bu  qurumun rəsmi bayarağını Türkiyənin dövlət bayrağı ilə yanaşı ucaltmışdır. Bu olayla ilgili olaraq, Türkiyənin bütün siyasi partiyaları, vətəndaş cəmiyyəti təşkilatları, nüfuzlu şəxsiyyətləri AKP iqtidarına kəskin şəkildə öz etirazlarını bildirmişlər. M. Bərzaninin Türkiyəyə AKP iqtidarının rəsmi dəvətindən sonra, kürd silahlı terror qrupları Quzey İraqda Türkmanlara məxsus bölgələrə soxularaq, orada “Quzey İraq Kürdüstan Muxtariyyəti”nin bayraqlarını rəsmi dəövlət binalarına taxmağa başlamışlar. Bu siyasətə etiraz edən Türkmaneli Partiyası addım-addım qondarma kürd bayraqlarının endirilməsi hərəkatını başlatmışdır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

05:59