Nazim Bəydəmirli: “Əksər məmurlar qanunsuz sahibkarlıqla məşğul olurlar”

 

 

“Milyardlar talayanlar hələ də azadlıqda, ancaq Mehman Əliyev həbsdə..Kim bunu unudacaq ki?!

“Əksər məmurlar (nazirlər, komitə sədrləri, deputatlar və s.) içtimaiyyətin gözü qarşısında və jurnalistlərin araşdırmaları ilə sübut olunduğu halda qanunsuz sahibkarlıqla məşğul olurlar...hətta cinayətləri sübut olunsa belə milyardlar talayanlar hələ də azadlıqda, ancaq Mehman Əliyev həbsdə..Kim bunu unudacaq ki?!” Hurriyyet.org xəbər verir ki, bu barədə keçmiş millət vəkili Nazim Bəydəmirli “feysbuk” səhifəsində yazıb.
 

“Əli Abbasov ayda 300 min cibxərcliyini büdcədən oğurlanan puldan deyil, dədə-babadan qalmış biznesindən alırdı?”
 

“Bütün cinayətləri Akif Çovdarov təkbaşına etmişdi? Əli Abbasov ayda 300 min cibxərcliyini büdcədən oğurlanan puldan deyil, dədə-babadan qalmış biznesindən alırdı? Əli Həsənovun nəvəsi babasının qaçqın və məcburi köçkünlərin büdcəsindən taladığından deyil, Rusiyadan atasının gətirdiyi puldan “qudururdu”? - deyə keçmiş millət vəkili sual edir

Şamo
Hurriyyet.org

 

09:50