Mübariz Mənsimov həbsxanadan SENSASİON məktub yazdı

Bir neçə gün əvvəl Türkiyədə həbs edilən Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Qurbanoğlu həbsxanada olduqca sensasion müraciət ünvanlayıb. Xudaferin.eu həmin müraciəti olduğu kimi təqdim edir: 
 
Dəyərli Türk və Azərbaycan xalqı, qardaşlarım!
Dünyada hər şey ola bilər, insanlar səhv də edə bilər. Bəzən başqasının etdiyi səhvin qurbanı da ola bilər. İndi kamerada oturub düşünürəm ki, hər şeyi daha çox düşünüb analiz edə bilirəm və saniyə-saniyə xatırlayıram. 2013-cü ildə Fətullah Gülənin Azərbaycan prezidentinə yazdığı məktubu çatdırmaq üçün Edition otelində Rövnəq Abdullayevə verdiyimi xatırlayıram. O zaman mənim işçin məktubun bir surətini alıb mənə verdi. Mən həmin məktubu Mustafa Ərdoğana o dövrün baş naziri cənab Ərdoğana verməsi üçün təqdim etmişdim. 2012-ci ildə FETÖ-çuların Azərbaycana da sızdığını hörmətli İlham Əliyevə söylədim. Bunlar İlham Əliyevi də istifadə edirlər. Bir müddət sonra Rusiyada qonağımla birlikdə hörmətli R.T.Ərdoğanla görüşdüyüm zaman birbaşa özünə də dedim. Mənim sözümü ona xəbər edən əfəndilər bunu unudublar. 
Çox maraqlıdır ki, gəzi olayları günü 2-ci məktubdan 5 ay keçdikdən sonra cavab olaraq gedir. Bunu da ikitəfrli agent Alahaddin Aykaç mənə bunun bir sürətini verdi. Bu məktubun bir surətini də zərfə qoyaraq Fatih Bərbərlə Alahattin Aykaç vasitəsilə Mustafa Əldoğana verdim. Bir surətini də öz masamda qalmasını tapşırdım. Xaricdən qayıdandan sonra özüm də Mustafa Ərdoğana təqdim etdim. 
Hörmətli Ərdoğanın İlham Əliyevlə görüşüb anlatmasını dedim. Üzərindən 10 gün keçməmiş 2013-cü ilin Kasımda barəmdə araşdırma başladıldı. 
İndi məni niyə qurban seçdikləri barədə danışım. 2010-cu ildə Moskva Balcuq otelində onlardan niyə ayrılma qərarı verdiyimi Rövnəq bəy və mafiyası anlamadı. Ayrılmamağım üçün yazıq pişik kimi yalvardılar. Hətta Socar Tradding-in əvvəlki prezidnti Qolovuşkin: "Rövnəq mənə dedi ki, biz qorxurduq, ayrılmaq üçün hələ çox tezdir, çox şey bilir". 
Amma çox şey bilmək ayrı, Azərbaycan xalqını necə aldatdığınızı və necə milyardlar oğurladığınızı unutdunuz. Xəzər Lənkəran oyunundan sonra Bakıda mən sizin üzünüzə söylədim. Siz bu millətin cibinə girirsiniz, qanını içirsiniz. Mənim yolum başqa, sizin yolunuz başqa. Hafizənizi yeniləyin, youtube-də oyundan sonra dediklərimi dinləyin. 
Əslində, sizlərdən həmin illərdə nifrət edir, iyrənirdim. Çünki sizin insan yerinə qoymadığınız Azərbaycan xalqı mənim üçün əzizdir. Mən də onlar kimi kasıb ailədə halal çörəklə böyümüşəm. O kasıblar sizdən fərqlidir, onlar insan oğludur. Vətəni qorumaq üçün onların övladları qurban olur. Sizinkilər isə qadınlar tərəfindən döyülərək 5 milyonluq saatları alınır.
Siz Mübarizin hər zaman xalqı seçəcəyini düşünmədiniz. Siz mikrobsunuz, qadınlarınaza, uşaqlarına aldığınız avtomobillər, evlər hamsı xalqın alın təri və əməyindən oğurlanaraq alınıb. Rəhmətlik babamın gözəl bir sözü vardı: "Bir kişi oğurlanmış pulla həyat yoldaşına paltar alırsa, o saxtakar geydirmiş olur".
Sizin heç sahibinizə də hörmətiniz yoxdur. İllərlə təyyarələrimdə uçdunuz. Məni bu gün yalan danışaraq satan çaqqalları tanımadımadığımı düşünürsüz. Siz ağılsızlar anlamadınız, amma mən nə oynadığınızı bilirdim. Məndən sizə tövsiyyə, birini satan hər kəsi satar. Rövnəq əfəndi, Vaqif və digər çaqqallar, o qədər cahilsiniz ki, Pal Clubda oturduğunuz zaman girişdə böyük hərflərlə "hər şey təhlükəsizlik üçün kameralar vasitəsilə qeyd edilir" yazısını görmədən kimlər haqqında ağzınıza gələni söylədiniz, gülməli hərəkətlər etdiniz və daha nələr, siz özünüz bilirsiniz. Sahibinizin və onun ailəsinin dedi-qodusunu təyyarələrdə edirdiniz. Siz bunları paylaşacağımdan qorxmursunuz? Sizin qudurmuş öz güvəniniz gözünüzü kor edib. Siz davamlı məni yuxuya verdiyinizi düşündünüz, ancaq Rövnəq əfəndi, siz səhv etdiniz. Mənim hardan gəldiyimi göz özünə almadın. Mən bu həyatda hər şeyi namusumla etdim. Dırnaqlarımla torpağı didərək gəldim. Sən mənim yaxşı ovçu olduğumu yaxşı bilirsən. Sizdən fərqli olaraq, mən ovun ayağıma gəlməsinə gözləyərəm, siz də mənim ayağıma gəldiniz.
Bundan sonra haqqınızda hər şeyi yazacam. Sizin Anar dediyiniz adam öz atasından imtina edən adamdır. Bir də utanmadan qohum deyilik deyirsiniz. Naxçıvandakılar niyə üzünüzə tüpürmədi? Bizim tərəfdə buna nakişilik deyirlər. Mənim sizə çalışan eskilərim ilə kimlərin sizə işlədiyini yaxşı bilirəm və sizə gülürəm. Ağlama dahi lider Stalinin bir sözü gəldi - Dezinformasiya ilə düşməni öz pulu ilə satın alarsan, birini ovlamaq istəyirsənsə, ona yalan məlumat ver, onu öz pulu ilə yox elə. 
Arada kitab oxuyun. 
Allahın səlaməti üstünüzə olsun!
21.03.2020 
Mübariz Qurbanoğlu 

00:04