Əmtəə ixracında neft-qaz sektorunun çəkisi 86,2 faizdir

 

Bu ilin on ayında Azərbaycanın dünyanın 187 ölkəsi ilə xarici ticarət əməliyyatları ötən ilin eyni dövrünə nisbətən 13,1% artaraq 16 mlrd dolları keçib. Əsasən dünyada neftin bahalanması hesabına xarici ticarət əməliyyatlarının müsbət saldosu 8,8 artaraq, $2,1 mlrd olub, deyə Dövlət Gömrük Komitəsi noyabrın 14-də məlumat verib.

 

İlin əvvəlindən Azərbaycan $9 mlrd 54,2 mln məbləğində mal ixrac edib. Bu, 2016-cı ilin yanvar-oktyabrındakından 25,8% çoxdur. Bunun $7,2 mlrd-ı dövlət sektorunun payına düşür. Mal idxalı həcmi dəyişməyib və $6 mlrd 958,4 mln təşkil edib. Dövlət müəssisələri $894 mln məbləğində mal idxal edib.

 

Əmtəə ixracında neft-qaz sektorunun xüsusi çəkisi 2017-ci ilin on ayında 86,2% - 2016-cı ilin yanvar-oktyabrındakı qədər olub.

 

Amerikaninsesi.org

 

10:42