Mollakratiya rejiminin rəzalətləri davam edir

 

 

Güney Azərbaycanın Qəzvin şəhərində islam tarixi ilə bağlı ramazan ayında orucunu pozan vətəndaşa ən azı 20 vətəndaşa şallaq vurulub

Güney Azərbaycanın Qəzvin şəhərində İran mollakratiya rejiminin xüsusi cəza dəstəsi  tərəfindən ictimai yerlərdə “orucunu pozmaq” ittihamı ilə təqribən 90 nəfərə qarşı məhkəmə prosesi başladılıb. İddinamədə bildirilir ki, orucluq ayında ictimai məkanlarda yemək, da ya içmək üzündən nəzarət altına alınan vətəndaşlar üçün məhkəmələrdə özəl şöbələr fəaliyyət göstərir.

Bu barədə hətta mollakratiya rejiminin Qəzvin şəhərindəki yerli baş prokuror höccətül-islam Sadıqi mətbuata açıqlama da verib. Onun bildirdiyinə görə, “20 vətəndaş nəzarətə alındığı gündə təcili şəkildə özəl şöbədə mühakimə edilərək şallaq və pul cəriməsinə məhkum olunublar və verilən cəza həmin gün icra edilib.”

Qeyd edək ki, bu savadsız molla, yəni höccətül-islam Sadıqi Qəzvin vilayətində internet mühiti və ictimai məkanlar üzərində ciddi nəzarətin tətbiq edilməsi, bu prosesin daha da gücləndirilməsi siyasəti ilə məşhurdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Qəzvin Bürosu”

 

09:35