Mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına təziqlərini artırıb

Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli Əfsər Şahbazi Xocalı və Kərəcdəki Sepah İttilati və Mərkəzi İttilaata çağrılıb. “XUDAFERİN.EU”-ya daxil olan bilgilərə görə, Güney Azərbaycanın Kərəc şəhərində yaşayan milli fəal Ə. Ə. Şahbazi Xocalı 24 yanvar 2017- ci il tarixdə Kərəc İttillaatında (Ettelaat- İran təhlükəsizlik və istihbarat nazirliyi) və eləcə də həmin gün “Sepah Pasdaran ittilaat bölümündə” rejimin sorğulanıbdır.

Milli fəal Aydın Zakiri rejimin məhkəməsinə təkrar çağırıldı

Güney Azərbaycanın Xiyav şəhərindən aldığımız bilgiyə görə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Aydın Zakiri Xiyav (Meşkin) məhkəməsinə təkrar sorğulamalara çağrılıb. Məhkəmə tərəfindən göndərilən sənədə görə, Zakiri muhakimə oluna bilər. Xatırladaq Aydın Zakiri 2017-ci il yanvar ayının 3-də Xiyav şəhərindəki (Meşginşəhr) İran mollakratiya rejimi məhkəməsinin qanunsuz çağırışına görə məhkəməyə müraciət edtmişdi. Ancaq, məhkəməyə və hakimin farsca danışmasına etiraz olaraq məhkəməni tərk edib. Milli fəal Aydin Zakiriyə qarşı qaldırılan iddiaya görə, o öz “toy mərasimində Azərbaycan milli geyimilə çıxıb və digər millətçiləri toya dəvət edərək toyu pananturkizm yuvası”na çevirib.
Xiyavdan aldığımız bilgiyə görə, mollakratiya rejiminin hakimi məhkəmə iclasında Aydın Zakiridən qondarma ittihamlar qarşısında öz müdafiə mətnini fars dilində yazmağını istəyib. Ancaq Aydın Zakiri Ana Yasa qanunlarına istinadə edərək bunu rədd edib və məhkəməni etiraz əlaməti olaraq tərk edib.

 Qeyd edək  ki, Aydın Zakiri,son dəfə 9 noyabr qiyamında iştirak etdiyi üçün əmniyyət qüvvələri tərəfindən tutuqlanmış, bir müddət həbsdə qaldıqdan sonra, vəsiqə qarşılığında azadlığa buraxılmışdı. Onu da nəzərinizə çatdıraq ki, İran rejminin Güney Azərbaycanda milli fəallarımızı səbəbsiz yerə məhkəmələrə çəkməsi və onlara qarşı qanunsuz cəzaları illərdir ki, ənənəvi hal alıb.Hər zaman Milli Hərəkat güclənməyə doğru gedirsə fars rejimi bu tur çağrışlar və təziqlərini milli fəllara qarşı daha artırır.

Xudaferin.eu

18:07