Mollakrat rejimi Ustad Şəhriyarın büstünü dağıtdı

 

Güney Azərbaycan və Türk Dünyasının XX yüzillik ədəbiyyatının ən ünlü və böyük şairi

Ustad Məhəmmədhüseyn Şəhriyarın Xorasan vilayətinin mərkəzi Məşəhd şəhərindəki  büstünə qarşı hörmətsizlik edilib.

Bu barədə aparılan araşdırmalar zamanı bəlli olur ki, bu vəhşiliyi naməlum şəxslər şairin Məşhəd şəhərindəki büstünü küt alətlə bir neçə yerdən dağıtmağa çalışıblar. Nəticədə  büst yararsız hala düşüb. Büstün baş hissəsi bir neçə yerdən sındırılıb. Onu da qeyd etmək gərəkdir ki, Məşhəd türk şəhəri olsa da, XIX yüzilin ortalarından başlayaraq, bu bölgə farsların dini-ideoloji silahı olan aşırı şiəçilik düzəni məhz burada oturuşubdur. Bu yöndə aparılan dərin siyasətlər isə bölgənin “əhli beyt” imamlarından birinin məzarıdır. Beləliklə də 150 ildir ki, Məşhəd şəhəri fars şovinizminin ideoloji təlim mərkəzlərindən birinə çevrilibdir. Bu gün İran adlı ölkədə 1925-ci ildən üzü bu yana tüğyan edən aşırı və ifrat paniranizm və panfarsizm ideologiyasının təməl prinsipi davam etməkdədir. Ona görə də türkün tarixi və mədəni izlərini aradan qaldırmağa çalışılır. Beləliklə Usrad Məhəmmədhüseyn Şəhriyarın abidəsi də bu rəzalətlə səbəb olubdur.

Xudaferin.eu

Güney Azərbaycan, "Xorasan bürosu"

 

10:46