Milli fəal Əzimi Qədim müvəqqəti olaraq azadlığa çıxıb

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan, görkəmli din xadimi  Əbduləziz Əzimi Qədim mayın 24-də saxlandığı həbsxanadan müvvəqət olaraq azadlığa buraxılıb. O, 400 milyon tümənlik ağır mülki girov qarşılığında Tehranın Evin həbsxanasından müvəqqəti olaraq azadlığa çıxıb.

Qeyd edək ki, Əzim Qədim milli fəaliyyətlərindən səbəb 2017-ci il yanvarın 7-də həbs olunub. Onunla bərabər digər milli fəal Əli Bağıri də saxlanılıb. Əzim Qədim mollakratiya rejiminin Ermənistana dəstək verməsinə qarşı çıxan ilk din xadimidir. O, bütün çıxışları və xütbələrində bildirib ki, Qarabağ Azərbaycan Türklərinin tarixi torpağıdır və İran rejimi bu ərazilərin işğalına görə Ermənistanla hər hansı bir əlaqələrdə olmamalıdır. Ermənilər və Ermənistan Türk xalqının düşmənidirlər. Bu ideyanı yüzillərdir yaşadırlar. Bununla yanaşı, Əzim Qədim onu da dəfələrlə mitinqlərdə çıxış edərək bildirmişdir ki, Güney Azərbaycan Ermənistanla bütün sərhədlərini bağlı saxlamalıdır. Nə zaman Ermənistan Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasətini dayandırarsa, nə zaman işğal altında olan Qarabağdan rədd olub gedərsə, bundan sonra ermənilərlə danışıqlara gedilməlidir. O bu yöndə olan çıxışları isə İran mollakratiya rejiminin qəzəbinə tuş gəldiyi üçün dəfələrlə həbs edilmişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:10