Milli fəal Səid Məhəmmədi məhkəməyə çağırıldı

 

İran mollakratiya rejiminin Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı basqı və təqbiləri davamlı şəkildə gündəmdədir. Dünən axşam Güney Azərbaycan Milli Hərəkatı fəallarından biri kimi tanınmış Səid Məhəmmədinin ünvanına rejiminin Əhər şəhərində yerləşən “İnqilab Məhkəməsi”nə çağrış vərəqəsi gəlib.
Milli fəala gələn çağrış bəlgəsində bildirilir ki, Səid Məhəmmədi 12 aprel 2017-ci il tarixdə Tərbiz vaxtilə saat 09:00-da mollakratiya rejiminin  Əhərdəki “İnqilab Məhkəməsi” nin 3-cü İngilab şobəsində hakım qarşısında olmalıdır.

Qeyd edək ki, Əhər məhkəmə savcısısının saxtakarlıq edərək hazırladığı dosyada bildirilir ki: “Səid Məhəmmədi ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə rejimə qarşı müxalif qruplar yaratmaq” ittihamilə hakim qarşısına çıxmalıdır.

Xatırladaq ki, son bir həftə içində İran mollakratiya rejimi Güney Azərbaycanın Əhər, Xiyav, Ərdəbil şəhərlərindən olan sayları bəlli olmayan ölçüdə Güney Azərbaycan Milli Hərəkatının fəallaarına məhkəməyə çağrış bəlgəsi yollayıb.

Son bir həftədə eyni tarix və məhkəməyə çağrılan milli fəalların adları 2014-cü il fevralın 20-də Əhərdə “Uluslarası Ana Dili Günü” törənində 100-dən aşqın tutuqlananların siyahısında yer alır. Güney Azərbaycan Milli Hərəkatının ekspertlərinin baxış və təxminlərinə görə bu çağrışlar həmin 2014- cü ilin kütləvi tutuqlamalar dosyasının davamıdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:15