Milli fəal Rəsul Rəzəvi yenidən tutuqlandı

Güney Azərbaycan Milli Hərəkatının fəalı Rəsul Rəzəvi həbs cəzasını çəkmək üçün Tərbizin mərkəzi zindanına aparılıb.

2015—cu il noyabr ayının 9-da “Abah Hərəkatı” kimi adı tarixə düşən Milli Xiyaban Eyləmləri” zamanı tutuqlanan Rəsul Rəzəvi 13 ay həbs cəzasına məhkum edilmişdi.

Rəsul Rəzəvi bu zaman İran mollakrat-fars rejiminin qondarma məhkəməsinin heç bir ədalətə söykənməyən, qanunsuz və ədalətsiz hökmünə etiraz olaraq o dönəmdə düz 45 gün aclıq eyləmi keçirdikdən sonra həbsxanadan müvəqqət azad edilmişdi.  Ötən gün səhər saatlarında Tərbizli milli fəal Rəsul Rəzəvi yenidən tutuqlanıb.

Xatırladaq 2015-ci noyabr ayında mollakrat-fars rejiminin dövlət televiziyası Güney Azərbaycan Türklərinə qarşı Tehrandan yayınlanan “Fitilə” uşaq proqramında təbliğatda millətimizi aşağılamaq üçün “tarakan” ayaması ilə bir sıra həqarətli mövzuları gündəmə gətirmişdi. Elə bu dönəmdə bütün Güney Azərbaycan şəhərləri, qəsəbələri və kəndləri ayağa qalxaraq, Tehran mollakratiya rejiminə qarşı kəskin etirazları bildirmişdi. Faktiki olaraq, Güney Azərbaycanın hər yerində rejimə qarşı üç gün davam edən etirazların sonucunda Tehran rejimi geri çəkilməyə məcbur olmuşdu. Güney Azərbaycandakı milli qiyamdan qorxuya düşən mollakrat-fars rejimi dərhal üzr diləmiş və “Fitilə” verilişini isə tamamilə qapatmışdı.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:10