Milli fəal Mənsur Seyfi məhkəməyə çağrıldı

 

Güney Azərbaycan Milli Hərəkatına qarşı mollakratiya rejiminin təqiblər daha da artıb

Güney Azərbaycanın Xiyav şəhərindən olan və milli fəal Mənsur Seyfi mollakratiya rejiminin saxtakar  “İngilab Məhkəməsi”ndə iştirak üçün Tərbiz şəhərinə çağırılıb. Milli fəala gələn çağrış bəlgəsinə əsasən o, 12 aprel 2017-ci il səhər çağı  Tərbiz vaxtilə saat 9:00 radələrində Əli Seyifi fars-molla  rejiminin Təbrizdəki “İnqilab Məhkəməsi”ndə olmalıdır.

Əslən Güney Azərbaycanın Xiyav şəhərindən olan milli fəal Əhər məhkəmə savcısısının hazırladığı saxta dosyası əsasında Təbrizdə mollakratiya rejiminin “İnqilab Məhkəməsi” tərəfindən ortaya atılmış saxta ittihamlarla qarşı-qarşı durmalıdır. Belə ki, məhkəmənin  3-cü bölümündə hakim qarşısında hazır olmalıdır. Xatırladaq ki, son bir həftə içində mollakratiya rejimi Güney Azərbaycanın Əhər, Xiyav, Ərdəbil şəhərlərindən 10-dan artıq milli fəala məhkəmə çağrış bəlgəsi yollayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:19