Məhəmməd Rəhmanifərin “Urartu tarixi” kitabı çapdan çıxdı

 

Güney Azərbaycanın başkəndi Tərbizdə tanınmış yazıçı və alim Məhəmməd Rəhmanifərin “Urartu tarixi” adlı kitabı çapdan çıxıbdır. “Urartu tarixi” kitabının Bəstam (Basdam) qalası ilə bağlı araşdırmalara xüsusi baxışı var. O da bəllidir ki, Bəstam qalası Güney Azərbaycanın Xoy şəhərində yerləşir. Bu kitabda Azərbaycanın tarixi ərazisində türk dilinin qədimliyindən bəhs olunur. “Urartu tarixi” kitabında Azərbaycanın tarixi ərazisi ilə bağlı ermənilərin yalan iddialarını rədd edən bir çox əsaslı sənədə işarə olunub. “Nəşr Əxtər” Nəşriyyatı tərəfindən çap olunan “Urartu tarixi” kitabını Təbrizin kitab mağazalarından əldə etmək mümkündür.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

22:54