Kürdlər arasında nüfuz savaşı

 

Suriyada PKK konfransa silahlı hücum etdi

PKK terror təşkilatı Türkiyə ilə sərhəd bölgəsində yerləşən Suriyanın Qamışlı rayonunda təşkil olunan konfranslardan birinə silahlı hücum edib. Suriyada fəaliyyət göstərən 13 kürd partiyasının bir araya gələrək yaratdığı Kürd Milli Şurası dördüncü ümumi konfransını keçirməyi planlaşdırırdı. Ancaq PKK-ya bağlı PYD-nin silahlı qüvvələri konfrans zalına hücum edərək iclasın qarşısını alıblar. Məsud Bərzaniyə yaxınlığı ilə bilinən şuradan verilən bəyanatda bildirilib ki, PYD-nin demokratiya, insan haqları təşkilatları və kürd partiyalarına qarşı hücumlarını dayandırması üçün maraqlı tərəflərə və dövlətlərə müraciət edirik.

Qeyd edək ki, bu konfransa, İran, Rusiya, İraq, Türkiyə, Livan, Ermənistan, Gürcüstan və digər dövlətlərdəki kürd təşkilatlarının təmsilçiləri də qatılmışdılar. Hədəf isə Suriya üzərində kürdlərin bir araya gələrək “Kürdüstan Özərk Bölgəsi”nin elan edilməsi üçün bir sıra hazırlıqları görməli idilər. Özünü dünya kürdlərinin lideri kimi tanıtmaqdan eqoizmi ilə seçilən PKK təşkilatı digər kürd qruplaşmalarından üstün görünmək üçün konfransı baykot etmək taktikasını tutmaqla yanaşı, Qamışlıdakı tədbiri heç endirmək qərarına buna görə terror addımını atıbdır.
 

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

09:02