Jurnalist saxlanılıb və azad buraxılıb

 

Sevinc Vaqifqızı Dövlət Sərhəd Xidmətinin qarşısında saxlanılıb. Axşam 20.00 radələrində isə azad edilib.

 

Mayın 30-da Bakı vaxtı ilə saat 19.10-da jurnalist Sevinc Vaqifqızı və nişanlısı Məsud Əsgəri Səbael rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparılıb. Bu barədə jurnalist Ramin Deko Facebook səhifəsində yazıb.

“Dövlət Sərhəd Xidmtəinin binasının qarşısında dayanmışdıq. Dövlət Sərhəd Xidmətinin binasında Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlı ilə görüşmək üçün sərhəd xidmətinin binasında olan vəkil Elçin Sadıqovu gözləyirdik. Bu zaman polislər jurnalist Sevinc Vaqifqızını və nişanlısı Məsud Əsgəri 39-cu Polis Bölməsinə apardılar”, Ramin Deko Facebook səhifəsində yazıb.

Səbael rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin növbətçi hissəsindən Sevinc Vaqifqıznın bölməsində olduğunu “Amerikanın Səsi” radiosuna verilən açıqlamda təsdiq ediblər. “Onunla söhbət aprılır. Bir azdan azad buraxılacaq”, növbətçi hissədən bildiriblər.

 

Amerikaninsesi.org

 

09:13