İran Mosulda ən böyük itkisini verdi – general Şaban Nəsiri gəbərdi

 

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri general Qasım Süleymaninin müşaviri general Şaban Nəsiri Mosulda gedən döyüşlərdə gəbərib.

Qasım Süleymaninin müşavirinin öldürülməsi İran mollakratiya rejiminin Mosuldakı komandirləri arasında ən böyük itkidir. Şaban Nəsiri cümə günü şəhərin qərb hissəsi uğrunda gedən döyüşlər zaman baş verən partlayış nəticəsində həlak olub.

Qeyd edək ki, Qasım Süleymani SEPAH-ın Əl Qüds bölməsinə və İranın İraqdakı hərbi müşavirlərinin işinə rəhbərlik edir.
Bu olayın özü sübut edir ki, İran mollakratiya rejimi İraq, Suriya, Liviya, Misir və digər Orta Doğu ölkələrində neçə illərdir yaşanılan vətəndaş savaşların körüklənməsində ən yaxından iştirak edən bir ölkədir. Əldə etdiyimiz bilgilərə görə, İran mollakratiya rejiminin orta hesabla bu gün Suriyada 120 min və İraqda isə 50 min nəfərlik “könüllü döyüşçüsu” vardır. Onlar “Hezbollah” adlı radikal terrorçu hərbi qruplaşmalarda iştirak edirlər. Qeyd edək ki, İran mollakratiya rejimi Orta Doğu ölkələrində mövcud olan dini, təriqət, məzhəb və etnik qarşıdurmalarda olduqca maraqlı tərəf kimi iştirak edir. Əgər belə olmasaydı, bu ölkənin generallarının, zabitlərinin, ordusunun oralarda nə işi var?

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:56