İran mollakratiya rejimindən uluslararası birliklərə qarşı yeni hədəflər

 

 

Mollakratiya rejimi YUNESCO-nun ədalətli təhsilə dair sənədinə riayət etməyəcək

Bu yöndə mollakratiya rejiminin rəsmiləri YUNESCO-nun “hərkəs üçün əhatəli və ədalətli təhsilin təmin edilməsi istiqamətində hazırladığı bəyannaməyə tabe olmayacağını açıqlayıblar. Qatı farsçılıq və panirançılıq siyasətini din pərdəsi altında ən yüksək səviyyədə müdafiə edən bu rejimin ali ruhani lideri Əli Xameneyinin İbelə bir sənədin icrasının yolverilməz olduğuna dair ifadələrindən sonra, prezident Həsən Ruhaninin müavini Məcid Ənsari də may ayının 17-də İranın bu sənədə tabe olmağa dair hüquqi öhdəliyi olmadığını bildirib.

BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı olan YUNESCO-nun “Təhsil 2030” gündəliyi hər kəs üçün əhatəli və ədalətli təhsil, habelə ömürlük öyrənmə fürsətini təmin etmək istiqamətində hazırlanmış bəyannamə və 15 illik yol xəritəsidir. YUNESCO-nun sənədində həmçinin dərc edilib ki, şəxslərin birinci dilində ya evdə danışılan dildə tədris və təhsil təşviq olunmalıdır.

Həsən Ruhani hökümətinin keçən ilin avqust ayında qəbul etdiyi qərara görə mollakrat rejimin təhsil nazirliyindən həmin bəyannamənin formalaşdırılması istənilmişdi. “Təhsil 2030” sənədində təhsil və inkişafın insan haqları, ləyaqət, ictimai ədalət, əhatəli olmaq, gender bərabərliyi, sülh, eləcə də mədəniyyət, etnik və dil müxtəlifliyi təməlində olmasının önəmi vurğulanıb. Bəyannamədə həmçinin deyilir ki, şəxslərin birinci dilində, ya evdə danışılan dildə tədris və təhsil təşviq olunmalıdır.
P. S. İran mollakratiya rejiminin belə bir qərarda israrlı olmasının iki hədəfi vardır.
1. Rejim öz hakimiyyətinin ömrünü mümkün qədər uzatmağa çalışır.
2. Rejim bütün xalqların milli hüquq və azadlıqlarını tanımamaqda hər zaman olduğu kimi israrlı mövqe tutmaqla rasizmə önəm verməklə dünyaya meydan oxuyur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

10:16