İingiltədə dəhşət saçan terror eyləmi: 22 ölü, 59 yaralı - İŞİD üzərinə götürdü

 

İngiltərənin eyniadlı şəhərində yerləşən “Mançester Arena”da bir terrorçu təkbaşına bomba partladıb. Bomba, konsertin sonunda, adamlar qapılara yönəldiyini zaman işə salınıb. Həlak olanların sayıın 22 nəfərə çatdığı bir qədər bundan əvvəl rəsmən açıqlanıb. 59 yaralı xəstəxanaya çatdırılıb. Ölənlərin və yaralıların kimlikləri barədə hələlik məlumat verilmir. Mançester polisi indiyə qədər cinayətlə bağlı kiminsə həbs edildiyi barədə açıqlama verməyib.

 

“Röyters” agentliyinə informasiya verən iki nəfər amerikalı vəzifəli şəxs partlayışın canlı bomba terroru olduğunu rəsmi açıqlamadan bir neçə saat əvvəl bildirib. İngiltərə baş naziri Mey hadisəni “Dəhşətli terror aktı” adlandırıb. Paytaxt Londonda məşhur Viktor stansiyası, stansiya yaxınlınlığında şübhəli paket aşkar edilməsi səbəbindən bağlanılıb. Polis paketdə partladıcı olmadığını dəqiqləşdirəndən sonra stansiya yenidən istifadəyə verilib. Partlayışdan sonra uşaqlarından xəbər ala bilməyən ailələr və dostlarını tapa bilməyənlər sosial media vasitəsi ilə əzizlərini axtarmağa başlayıblar.
“MissingIn Manchester” etiketi ilə bir çox itkin gənclərin fotoları paylaşılıb. Partlayışdan dərhal sonra çəkilən videolar tükürpədən dəhşəti əks etdirir, qışqırıqlarla bayıra qaçan kütlədən bəziləri üstəki pilləkənlərdən aşağı yıxılır.

Gələn ay erkən seçkilərə getməyə hazırlaşan ölkədə bütün partiyalar kampaniya proqramlarını təxirə salıblar. İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.

Xudaferin.eu
“Avropa Bürosu”

10:25