Hadı Rəcəbliyə şeir yazdılar

 

Qarnı toxdu, nə bilir

millətim nələr çəkir.

Nə pensiya gözləyir,

nə çörək dərdi çəkir.
 

Fəhləliyə göndərir

Millətin başlısını,

pensiyasız saxlayır

ölkənin yaşlısını.
 

Nə ağıllı danışır,

nə də ki, susa bilir.

Ağzına gələnləri

xalqına qusa bilir.
 

Mənim də nənəm olub

ondan cavan yaşında.

El anası sayılıb,

sevib qonum - qonşu da.
 

Əl tutub, çörək verib

canı yanıb kasıba.

Ən hörmətli adam tək

axışıblar yasına.
 

Bu adam nə düşünür,

nə gəzirdirir başında?

Niyə hörmət qoymayır

özünə bu yaşında?
 

Pəncərəmin altında,

O göy satan qadının,

Gözlərilə çəkdiyi,

Altmış il tamamını.
 

bir kəlməylə uzatmaq

ona nə asan gəlir,

ümidini dağıtmaq

ona nə asan gəlir...
 

Hər sözü, hər kəlməsi,

Ovcuna göydən düşən.

Mandat kimi görünür,

Hər sözülə beləsi.
 

Xalqa meydan oxuyan,

Bandit kimi görünür.

Deputat, daha olmur,

Dözüləsi deyilsən.
 

Şeirə, hekayəyə,

Yazılası deyilsən.

Qələmin işi daşır.

Yorma özünlə bizi.

Adam elə yaşayar,

Ölməyə ola üzü.

 

10:57