Gürcüstanda vətəndaş cəmiyyəti fəalları jurnalistə dəstək aksiyası keçirib

 

Gürcüstan vətəndaş cəmiyyətinin 100-ə yaxın nümayəndəsi iyunun 1-də Gürcüstan Təhlükəsizlik Nazirliyinin binası qarşısında Əfqan Muxtarlıya dəstək aksiyası keçirib.

Aksiya iştirakçıları plakatlar qaldırıb və fitlərdən istifadə edərək, hakimiyyəti siyasi mühacir Əfqan Muxtarlının necə oğurlanıb Azərbaycana təhvil verilə biləcəyinin izahını verməyə çağırırlar.

P.S. Gürcüstan cəmiyyətində yaranmış bu durum həm də demokratiyanın və insan haqları məsələsinə görə tutduğu vəzifəsinə görə birbaşa məsuliyyət daşıyan daxili işlər naziri Georgi Mqebrişvili vətəndaş cəmiyyətinin haqlı tələblərindən əndişələnərək açıqlamalar verməyə məcbur olmuşdur.
O bildirmişdir ki: “Gürcüstan Muxtarlının oğurlanmasının hal və şərtlərinin müəyyən edilməsində maraqlıdır. Azərbaycan heç vaxt Gürcüstanda yaşayan milliyyətcə azərbaycanlı olan və rəsmi Bakının siyasi baxışlarına ortaq olmayan insanların onlara təhvil verilməsi xahişi ilə Gürcüstanlı həmkarlarına müraciət etməyib. Öz növbəsində, Gürcüstan Əfqan Muxtarlının oğurlanmasının hal və şərtlərinin müəyyən edilməsində maraqlıdır".
Nazir onu da əlavə edib ki, guya Azərbaycan tərəfi Muxtarlının sərhəddə saxlanıldığını bildirib. Daha sonra o, bir daha bildirib ki, sərhəddə buraxılış məntəqələrindən başqa "yaşıl xətlər" var. "Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək çətindir, amma belə bir imkan var", nazir Gürcüstan sərhədçilərinin Muxtarlını necə buraxa bildiyi haqqında suala cavabda belə deyib.
"KİV-də Əfqan Muxtarlının əvvəlcədən sərhədi nəzarətdən yayınaraq keçməyin sxemini hazırladığı və onun müntəzəm olaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə bəyan edilməyən xarici valyuta keçirdiyi haqqında məlumatlar yayılıb. Bu mərhələdə biz qeyd edilən halları nə təsdiq, nə də təkzib edəcəyik", deyən nazir bu "dəyərli" məlumatı harada oxuduğunu dəqiqləşdirməyib. Nazir Muxtarlının yoxa çıxdığı yerdə müşahidə videokameralarından alınan materialların nə göstərdiyi haqqında suala cavabdan yayınıb.
"Biz bütün istintaq tədbirləri haqqında sizə danışa bilmərik, istintaqın yekunlaşmasını gözləmək lazımdır", Mqebrişvili bildirib.

Amerikaninsesi.org

 

09:08