Güney Azərbaycanda milli fəal Dr Əsədullah Əsədi yenidən tutuqlandı

 

“XUDAFERİN.EU”-ya Güney Azərbaycanın başkəndi Tərbizdən verilən açıqlamaya görə, 23 fevral 2017-ci il tarixində “Güney Azərbaycan Milli Hərəkatı”nın fəalı dr. Əsədullah Əsədi Təbrizdə tutuqlanıb .

 

O, Təbrizin Bağmeşə məhələsində həkim kimi çalışdığı məktəbə gedən zaman İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən güc tətbiq olunmaqla tutuqlanıb. Əsədullah Əsədinin ailə üzvləri günlərdir fəallın harada saxlandığı haqda rejimin bütün rəsmi qurumlarına muraciət etsələr də, heç bir cavab eldə etməyiblər.

Xatırladaq ki, milli fəalın ilk həbsi  2010-cu ildə Təbrizdə baş tutmuşdur. O zaman qanunsuz yerə yaxalanmış və 5 ay mollakratiya rejiminin “ETTELAAT” xüsusi cəza idarəsi tərəfindən təkadamlıq zindanda işgəncə və sorğu-sualdan sonra Tehranın “Evin” zindanına göndərilmişdir. Orada yenidən 4 ay boyunca bir daha təkadamlıq zindanda saxlanıldıqdan sonra, Tehrandakı mollakratiya rejiminin ən qəddar qurumu olan “İnqilab Məhkəməsi”nin 15-ci şöbəsi tərəfindən “Mücahidane Xəlq” (Xalqın Mücahidləri) kimi radikal və silahlı eyləmlərə üstünlük verən partiyasının üzv olması, xarixi dövlətlərə casusluq və İran mollakratiya rejiminə qarşı olan qruplarla iş birliyi apardığına görə, 10 il müddətinə həbs edilmişdir. Belə bir məntiqsiz tutuqlama cəzasından sonradan “Təcdide Nəzər Məhkəməsi”ndə irəli sürülən ittihamlar yetərli olmadığı üçün onun tutuqlanması  5 ilə qədər azaldılmışdı.
Qeyd edək ki, doktor Əsədullah Əsədi ötən həftə Tehranın “Evin” zindanından azadlığa buraxılmışdı. Bilgi üçün onu da qeyd edək ki, Tərbizdə həkim olaraq çalışan 51 yaşlı “Güney Azərbaycan Milli Hərəkatı”nın fəalı Əsədullah Əsədi əslən Qaradağ mahalındandır. O, hər zaman Qaradağın imkansız ailələrinə pulsuz tibbi xidmət göstərmiş, əlindən gələn yardımı Qaradağın yoxsul xalqından əsirgəməyib. Buna görə də ona həm milli fəallar, həm də qaradağlılar arasında böyük sayğı göstərilir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

05:52