Güney Azərbaycanda “Ana dilim evdə qalmasın!” kampaniyasına başlanıldı

 

Güney Azərbaycanda ötən illərdə olduğu kimi, bu il də məktəblərin açılışı ərəfəsində Türk dilində təhsil tələbinə dair ənənəvi etiraz kampaniyaları təşkil olunmaqdadır.

“Ana dilim evdə qalmasın!” şüarı altında aparılan imza kampaniyası Güney Azərbaycan Türkləri arasında 100 minlərlə ictimai xadim, yazar, mədəni fəal, tələbə və siyasətçinin dəstəyini qazanıb. İmza kampaniyasının başlığı faktiki olaraq, Güney Azərbaycanın hər yerində əhali tərəfindən çox böyük coşqularla qarşılanıbdır.

Urmu şəhərində fəaliyyət göstərən “Yol Press” internet portalının məlumatına görə, imza kampaniyasına yerli siyasətçilər, o cümlədən Urmu Şəhər Şurası üzvlərindən də dəstək gəlib.

GüneyAzərbaycan təşkilatları və siyasi qruplar da məktəblərin açılışı ilə əlaqədar bəyanat yayıblar. Bu yöndə 12 siyasi qurum və təşkilatın birgə bəyanatında “Güney Azərbaycan məktəblərində Türk dilinin yasaqlanması ilə aparılan farslaşdırma siyasəti” mədəni qətliam kimi dəyərləndirilib.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

13:51